Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Mədəniyyət Nazirliyinin 182 minlik tenderinə şirkət tapılmadı

Orkhan Ali 04 İyun 2025 - 12:13 (Last updated: 04 İyun 2025 - 12:14)
Tender

Tender

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi növbəti tender proseduru uğursuz nəticələnib. AzPost xəbər verir ki, Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan olunmuş tender ləğv edilib.

Məlumata görə, tenderin dəyəri 182 807 AZN olub. Lakin satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, həmçinin tələb olunan lisenziya və icazələrə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün prosedura xitam verilib.

Qaydalara əsasən, dövlət satınalmalarında minimum üç rəsmi iştirakçı tələb olunur. Bu şərt təmin olunmadıqda isə tender müvafiq qaydada ləğv edilir.

Xatırladaq ki, “Mədrəsə” tarix-memarlıq abidəsi Ordubad şəhərinin qədim memarlıq nümunələrindən biridir. Abidənin bərpası layihəsi yerli ictimaiyyət və mədəniyyət cameəsi tərəfindən maraqla qarşılanırdı. Lakin tenderin ləğvi işin icrasını ən azı yaxın müddətə təxirə salmış oldu.

Məsələ ilə bağlı Naxçıvan Mədəniyyət Nazirliyi və satınalma orqanının əlavə izahı təqdim etmədiyi bildirilir.

Qeyd edək ki, bu ilin əvvəlindən Naxçıvan MR-də dövlət satınalmaları üzrə keçirilən bir neçə tender də oxşar səbəblərlə ləğv olunub.

AzPost.az

Post navigation

Previous: Bu il Azərbaycanda 3 minə yaxın zəlzələ baş verib
Next: Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşüb

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
Rusiya və Ukrayna müharibənin başa çatdırılması üçün “praktiki kompromislərə” hazırdır. Bunu ABŞ-ın danışıqlar üzrə nümayəndəsi Cared Kuşner...
Read more about Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı
Sabaha olan hava proqnozu hava yaqis
  • Sosial

Sabaha olan hava proqnozu

User 15 Noyabr 2026 - 12:37
İlham Əliyev Fələstin prezidentini təbrik edib ilham mahmud abas
  • Siyasət

İlham Əliyev Fələstin prezidentini təbrik edib

User 15 Noyabr 2026 - 12:00
Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.