Məhəmməd Mohber İranın Birinci vitse-prezidenti təyin edilib

08 Avqust 2021 - 15:04

İran Prezidenti İbrahim Rəisi Məhəmməd Mohberi Birinci vitse-prezident təyin edib.
APA-nın xəbərinə görə, bu barədə bu gün “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qalyam İsmaili isə İran Prezident Administrasiyasının rəhbəri təyin olunub.
Qeyd edək ki, avqustun 5-də İ. Rəisinin parlamentdə andiçmə mərasimi keçirilib və o, səlahiyətlərinin icrasına başlayıb.