Məhkəmə Fransanın sabiq Baş Nazirini saxtakarlıqda təqsirli bilib

29 İyun 2020 - 18:04

Fransa məhkəməsi sabiq Baş nazir François Fillonu saxtakarlıqda təqsirli sayıb.

APA-nın “euronews”a istinadən verdiyi xəbərə görə, sabiq Baş Nazir F. Fillon vəzifədə olarkən parlament məsələləri üzrə köməkçisi postunda çalışan həyat yoldaşına heç vaxt görmədiyi işin müqabilində dövlət büdcəsindən 1 milyon avro ödəyib.

“Görülən iş ödənişlə müqayisə edilməyib. Xanım Fillon zərurət olmayan bir vəzifəyə işə götürülüb və ona ödəniş edilib”, – deyə məhkəmənin sədri deyib.

Fillon həmçinin dövlət vəsaitlərini mənimsəmək və gizlətməkdə günahkar bilinib.

Qeyd edək ki, F. Fillonla bağlı araşdırma 2017-ci ilin yanvarında “Canard Enchaine” satirik jurnalında dərc olunan məqalədən sonra başladılıb.