Fransa məhkəməsi sabiq Baş nazir François Fillonu saxtakarlıqda təqsirli sayıb.
APA-nın “euronews”a istinadən verdiyi xəbərə görə, sabiq Baş Nazir F. Fillon vəzifədə olarkən parlament məsələləri üzrə köməkçisi postunda çalışan həyat yoldaşına heç vaxt görmədiyi işin müqabilində dövlət büdcəsindən 1 milyon avro ödəyib.
“Görülən iş ödənişlə müqayisə edilməyib. Xanım Fillon zərurət olmayan bir vəzifəyə işə götürülüb və ona ödəniş edilib”, – deyə məhkəmənin sədri deyib.
Fillon həmçinin dövlət vəsaitlərini mənimsəmək və gizlətməkdə günahkar bilinib.
Qeyd edək ki, F. Fillonla bağlı araşdırma 2017-ci ilin yanvarında “Canard Enchaine” satirik jurnalında dərc olunan məqalədən sonra başladılıb.