Cinayət işləri üzrə Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın cəzasını artırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni cinayət işi üzrə məhkəmənin hökmü ilə G. Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, onu cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2015-ci il tarixdən hesablanır.
Xatırladaq ki, G. Kərimova müxtəlif ittihamlar üzrə təqsirli bilinərək məhkum olunub.