Məhkəmə gürcü Prezidentinin impiçmenti məsələsinə baxır

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb.

Bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, iş baxılması üçüm məhkəmənin Plenumuna təqdim edilib.

Qeyd olunub ki, işə 1 ay ərzində baxıldıqdan sonra məhkəmə rəyini parlamentə təqdim edəcək. Konstitusiya Məhkəməsinin rəyi müsbət olarsa, məsələ parlamentdə səsə qoyulacaq.

Qeyd edək ki, Gürcüstanda Prezidentin impiçmenti üçün parlamentin 150 deputatından minimum 100-nün dəstəyinə ehtiyac var. Hakim partiya isə parlamentdə cəmi 84 deputatla təmsil olunur. Müxalif partiyalar artıq impiçmentin əleyhinə olduqlarını bəyan ediblər.

Əvvəlki məqalə

Səhiyyə Nazirliyi COVİD-lə bağlı əhaliyə xəbərdarlıq etdi

Sonrakı məqalə

Azərbaycanda 1 həftədə 142 nəfər COVID-19-a yoluxub