Məhkəmə Gürcüstan prezidentinin impiçmenti ilə bağlı tələbi təmin etdi- Parlamentində səsvermə olacaq

Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərlərə getməsini konstitusiyanın pozuntusu kimi qiymətləndirib.

Azpost.info xəbər verir ki, bununla da hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının prezidentin impiçmenti ilə bağlı təqdimatı təmin edilib.

Konstitusiya Məhkəməsinin sədri Merab Turava məhkəmənin qərarını canlı efirdə oxuyub.

Konstitusiya Məhkəməsi müəyyən edib ki, Gürcüstan prezidenti Salome Zurabişvili 2023-cü il 31 avqustda, 1 sentyabrda və 6 sentyabrda xaricə işgüzar səfərlər zamanı beynəlxalq münasibətlər sahəsində nümayəndəlik hüquq və səlahiyyətlərini dövlət başçısının razılığı olmadan həyata keçirib. Bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci hissəsinin “a” yarımbəndini pozub.

Gürcüstan parlamentində bu həftə prezidentin impiçmenti ilə bağlı səsvermə keçiriləcək.

Azpost.info

Əvvəlki məqalə

“Qəzzada dinc əhaliyə hücumlar dayandırılmalıdır”

Sonrakı məqalə

Putinlə Əsəd Qəzzadakı vəziyyəti müzakirə ediblər