Məhkəmə İmran Xanın həbsinə dair orderi ləğv edib

Pakistan məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həbsinə dair orderi ləğv edib.

Azpost.info xəbər verir ki, iş üzrə növbəti proses martın 30-na təyin edilib.

Hakim tərəflərə növbəti iclasda debatın keçiriləcəyini bildirib və həmçinin İmran Xanın məhkəmədə iştirakını təmin etməyi tapşırıb.

Qərar polisin məhkəmə binası yaxınlığında İmran Xanın tərəfdarları ilə toqquşmasından sonra verilib. Siyasətçi davam edən qarşıdurmalar səbəbindən avtomobilini tərk edə bilməsə də, onun məhkəməyə gəlməsi rəsmi olaraq qeydə alınıb.

Azpost.info

Əvvəlki məqalə

Medianın İnkişafı Agentliyində MEDİA könüllüləri ilə görüş olub

Sonrakı məqalə

BDYPİ dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib