Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib

Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsi müxalifətçi siyasətçi və iqtisadçı- alim Qubad İbadoğlunun həbs müddətinin üç ay uzadılmasına dair şikayətini təmin etməyib.

Bundan öncə  Apellyasiya Məhkəməsi İbadoğlunun iyulun 23-də saxlanıldığı zaman götürülmüş mobil telefonu istintaq orqanının geri qaytarmaması barədə digər şikayətini təmin etməyib. Bunu Turan-a siyasətçinin qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, İbadoğlunun vəkilləri siyasətçiyə effektiv tibbi yardımın göstərilməməsi və onun xəstəxanaya yerləşdirilməsindən imtina edilməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə yeni şikayət göndəriblər.

23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların hazırlanmasında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin ekstremizmyönlü materialların saxlanması və yayılmasında (167-3.1-ci maddə) ittiham olunub.

Əvvəlki məqalə

“Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır” –

Sonrakı məqalə

Əvəz Zeynallı məhkəmədə son sözünü deyib