Moskvanın Lefortovo məhkəməsi “The Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçi casusluqda şübhəli bilərək həbsinə qərar verib.
Azpost.info xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları TASS-a bildiriblər.
Jurnalist barəsində 1 ay 29 gün müddətinə, yəni 2023-cü il mayın 29-dək həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanları jurnalistin işinin “tam məxfi” qrifi altında araşdırılacağını qeyd ediblər.
Qerşkoviç ittiham üzrə özünü təqsirli bilməyib.
Jurnalist martın 30-da Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, ABŞ-ın göstərişi ilə Rusiyanın müdafiə müəssisələrindən biri haqqında məxfi məlumat toplamaqda ittiham olunur.
“The Wall Street Journal” açıqlama yayaraq əməkdaşına qarşı casusluq ittihamını qəti şəkildə rədd edib və onun dərhal azal edilməsini tələb edib.
Azpost.info