Məkkə və Mədinəni birləşdirən dəmiryolunda yanğın olub –

FOTO
29 Sentyabr 2019 - 21:55

Səudiyyə Ərəbistanının Ciddə şəhərində qatar stansiyasında baş verən yanğında ən az 5 nəfər yaralanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə yerli rəsmi dairələr məlumat yayıb.

“Ciddə şəhərindəki dəmir yolu vağzalında baş vermiş yanğın zamanı xəsarət alan 5 nəfər xəstəxanaya çatdırılıb. Hadisə yerinin müxtəlif tərəflərində 16 tibbi yardım briqadası çalışır”, – deyə Məkkə dairəsi administrasiyasının “Twitter” hesabında bildirilib.

Qeyd olunur ki, yanğın vağzalın damında baş verib, hadisə yerinə yanğınsöndürənlər cəlb olunb.