“Məktəblərin bağlanacağına dair fikirlər səsləndirmək əsassız təşviş yaratmaqdır” –

NAZİR
30 Sentyabr 2020 - 17:09

“Son dövrlərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət yaxşıdır, bu da dərsi bərpa etməyə imkan verir”.

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, hamı dərslərin açılmasını istəyir: “Amma biz yalnız 2-4 həftə üçün proqnoz verə bilərik, sonrakı dövrdə necə olacağını proqnozlaşdırmaq çətindir. Ona görə də 2 həftə və ya 4 həftə sonra məktəb bağlanacaq kimi fikirlər səsləndirmək əsassız təşviş yaratmaqdır.

Növbəti mərhələdə 700 min şagird də əyani təhsilə cəlb ediləcək. Ümumilikdə tədrisə cəlb edilən şagird sayı 1 milyon 300 min olur”.