Məleykə Abbaszadənin prorektor işləyən qızı vəfat edib –

FOTO
18 İyul 2020 - 12:49

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib. 

Onun 44 yaşlı qızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Nigar Abbaszadə vəfat edib.

DİM sədrinin qızının ürəktutmadan dünyasını dəyişdiyi deyilir.

Eyni zamanda, hadisədən xəbər tutan M. Abbaszadənin özünün səhhəti pisləşib, həkim çağırılıb, “Zuğulba”dakı bağ evinə təcili yardım maşını gəlib. (Modern.az)

Allah rəhmət etsin!