Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Mənzil bazarında qiymətlər düşəcək?

User 01 Dekabr 2025 - 12:20 (Last updated: 01 Dekabr 2025 - 08:57)
menzil

Son günlər mənzil və torpaq bazarında qiymət dəyişiklikləri gündəmdə olan əsas mövzulardandır. Alıcı və satıcıların gözləntiləri dəyişdiyi üçün bazarın ümumi vəziyyəti əvvəlki illərlə müqayisədə daha həssas görünür. Bəzi seqmentlərdə qiymətlərin enməsi isə bunun təsadüfi yox, daha ciddi iqtisadi və sosial səbəblərlə bağlı olduğunu göstərir.

Əmlak eksperti Elnur Fərzəliyev daşınmaz əmlak bazarındakı vəziyyəti belə izah edib:

“Son illər xüsusən də paytaxt Bakı şəhərində daşınmaz əmlakın satış qiymətlərində kəskin artım müşahidə olunur. Qiymətlərin həddən artıq yüksəlməsi nəticəsində əmlak bazarı ciddi müştəri qıtlığı ilə üzləşib. Son 3-4 ayın statistikasına baxdıqda da aydın görünür ki, bu dövrdə bazarda alıcı çatışmazlığı ciddi şəkildə artıb. Bu vəziyyət süni şəkildə artırılan qiymətlərin qarşısını alır və müəyyən dərəcədə qiymətlərin enməsinə səbəb olur”.

Ekspertin sözlərinə görə, digər tərəfdən, paytaxt və ətraf ərazilərdə aparılan söküntü işləri də bazara təsir göstərir:

“Dövlət ehtiyacı üçün alınan və sökülən mənzillərin sahiblərinə kompensasiya olaraq vəsait verilir. Bu kateqoriyaya aid alıcıların böyük qismi isə Bakıətrafı ərazilərə üstünlük verir. Bakının mərkəzi hissələrində, xüsusilə Yasamal və “Sovetski” kimi söküntü aparılan ərazilərdə mənzillərin ümumi sahəsi kiçik olduğuna görə verilən kompensasiyalar daha çox Bakıətrafı ərazilərdən mənzil almağa kifayət edir. Bu isə Xırdalan, Masazır və digər Bakı kəndlərində fərdi yaşayış evlərinə tələbatı artırır”.

E.Fərzəliyev bildirib ki, digər tərəfdən Xırdalan, Masazır və digər sıx yaşayış massivlərində son aylarda kütləvi şəkildə əmlakların satışa çıxarılması müşahidə edilir:

“Buna əsas səbəb həmin ərazilərdə nəqliyyat sıxlığının artmasıdır. Bu ərazilərdə yaşayan, lakin işi paytaxtın mərkəzində olan insanlar günün bir neçə saatını yollarda keçirdikləri üçün həmin zonalarda yaşamağı çətin hesab edir və mərkəzə daha yaxın, hərəkət sıxlığı az olan ərazilərə köçməyə üstünlük verirlər. Nəticədə, bu ərazilərdə çoxalan satışlar rəqabəti artırdığı üçün qiymətlərin enməsinə gətirib çıxarır”.

O, həmçinin əlavə edib ki, əmlak bazarında müşahidə olunan alıcı azlığı uzun müddət davam edərsə, bu, bazarda daha ciddi qiymət enmələri ilə nəticələnə bilər.

“Digər tərəfdən, həm dövlət, eləcə də özəl sektor tərəfindən reallaşdırılan müxtəlif layihələrdə mənzillərin satış şəraiti daha əlçatan sosial və ya güzəştli şərtlərlə təklif olunur. Bu isə xüsusilə aztəminatlı və nağd vəsaiti olmayan şəxslərin diqqətini həmin layihələrə yönəldir.

Yaxın gələcəkdə əmlak bazarında ciddi dəyişikliklər baş verməzsə və pul axını artmazsa, qiymət enmələrinin davam etməsi ehtimal olunur. Bununla yanaşı, qiymət artımları daha çox yeni tikililərdə qeydə alınır. Əsas səbəb son 3-4 il ərzində Bakıda çoxmənzilli yaşayış binalarının inşasının azalmasıdır. Tikintinin azalması rəqabəti aşağı salır və bu səbəbdən tikinti şirkətləri mənzilləri maksimum qiymətlərlə satışa çıxarırlar”, – deyə ekspert qeyd edib (Modern.az).

AzPost.az

Post navigation

Previous: Bu ölkələr aclıq təhlükəsi ilə üz-üzədir
Next: MİDA Binəqədidə 204 güzəştli mənzili satışa çıxarır

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.