Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

“Mərcan” klinikasında ölüm faktı araşdırılır

Orkhan Ali 17 İyun 2025 - 19:03 (Last updated: 17 İyun 2025 - 18:33)
Mərcan klinikası

Mərcan klinikası

Analitik Ekspertiza Mərkəzinə “Mərcan” klinikasında cərrahi əməliyyat olunmuş və daha sonra vəfat etmiş Rusiya Federasiyası vətəndaşı Arzu Sadıqova ilə bağlı vətəndaş müraciəti daxil olub. Müraciət əsasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, müvafiq əsaslarla plandankənar yoxlama başlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.
Bildirilib ki, plandankənar yoxlama zamanı, hər hansı bir hüquq pozuntuları aşkar edilərsə bununla bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün materiallar aidiyyəti dövlət orqanlarına təqdim ediləcək.
“Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən araşdırmanın məqsədi cərrahi əməliyyatı həyata keçirən Nigar Məmmədovanın peşəkər tibbi fəaliyyəti və “Mərcan” klinikasının tibbi xidmət göstərmək üçün qanunvericiliklə tələb olunan lisenziya və icazələrə malik olub-olmamasını müəyyənləşdirməkdir.
Qeyd edək ki, Xüsusi Təftiş Komissiyasının qərarına əsasən, Nigar Məmmədovanın adı “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı”nda yer almayıb.
Ölüm faktına gəldikdə isə, bu hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, icazəsiz tibbi fəaliyyətin həyata keçirilməsi “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyət yaradır”.
Xatırladaq ki, Rusiya vətəndaşı olan Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah eyni zamanda MedAura klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

AzPost.az

Post navigation

Previous: Ermənistanda rusiyalı milyonçu saxlanılıb
Next: Azərbaycanda 229 min işsiz var

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Badam arıqlamaq istəyənlər üçün ən faydalı çərəzlərdən biri hesab olunur. O, lif, zülal və faydalı yağlarla zəngindir,...
Read more about Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.