Mərdəkan mədəniyyət sarayından 28 min manat dəyərində avadanlıq oğurlanıb

23 Mart 2021 - 12:15

Bakıda Mədəniyyət sarayından oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28 000 manat dəyərində musiqi avadanlığı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini V. Yarıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.