Mərdəkan mədəniyyət sarayından 28 min manat dəyərində avadanlıq oğurlanıb

Bakıda Mədəniyyət sarayından oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28 000 manat dəyərində musiqi avadanlığı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini V. Yarıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bir həftədə Azərbaycanda 3527 nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

“Avropa İttifaqı Rusiya ilə münasibətləri məhv edib” –