Məscidlərdə 50 nəfərdən artıq şəxs namaz qıla bilməz –

QƏRAR
26 May 2021 - 17:49

İyunun 10-dan fəaliyyəti bərpa ediləcək dini ibadət yerlərinin necə fəaliyyət göstərəcəyinə aydınlıq gətirilib.

Bu barədə xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərarda bildirilib.

Qeyd edilib ki, dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa edilir.