“Sərhəddəki insidentlərin Dağlıq Qarabağ probleminə aidiyyəti yoxdur” –Rusiya XİN-dən açıqlama

“Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlərin Dağlıq Qarabağ probleminə birbaşa aidiyyəti yoxdur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu insidentin əsas səbəbi SSRİ dövründən miras qalan, Azərbaycan-Ermənistan sərhədinin beynəlxalq hüquqi cəhətdən formalaşmamasıdır: “Hesab edirik ki, bu cür problemi istisnasız olaraq sülh və danışıqlar yolu ilə həll etmək lazımdır. Rusiya buna hər cür kömək etməyə hazırdır”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İctimai nəqliyyat iyunun 28-dək həftə sonları işləməyəcək

Sonrakı məqalə

Məscidlərdə 50 nəfərdən artıq şəxs namaz qıla bilməz –