Məşhur aktyor Oleq Basilaşvili koronavirusa yoluxub

04 Yanvar 2021 - 17:45

Məşhur sovet kino və teatr aktyoru Oleq Basilaşvili koronavirusa yoluxub.

Azpost.info bildirir ki, bu barədə Sankt-Peterburq Böyük dram teatrından “Moskovskiy Komsomolets”qəzetinə bildiriblər. Aktyor xəstəxanaya aparılıb.

80 yaşlı Oleq Basilaşvili yoluxmadan ehtiyat edərək son aylar evdən kənara çıxmayıb. Guman edilir ki, virusu evə kimsə doğmalardan gətirib. Basliaşvilidən sonra həyat yoldaşı və qızı da yoluxub.

Hazırda aktyor həyat yoldaşı ilə birgə klinikada müalicə olunur.