Məşhur futbolçu Herd Müller vəfat edib

15 Avqust 2021 - 17:03

Futbol üzrə dünya və Avropa çempionu olan və ən yaxşı bombardirlərdən hesab edilən almaniyalı futbolçu Herd Müller vəfat edib.

Bu barədə “Bayern Münhen” in mətbuat xidməti “Twitter” səhifəsində yazıb.

O, 3 noyabr 1945 -ci ildə Almaniyanın Nördlingen şəhərində anadan olub. 76 yaşında dünyasını dəyişib. Herd Müllerin nədən öldüyü bəlli deyil . Futbolçu Qızıl top və 2 dəfə Qızıl buts laureatı olub.

Qeyd edək ki, 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.

Onu da qeyd edək ki, Herd Müller üç dəfə Avropa kubokunun qalibi olub. Futbolçu 1964-1979-cu illərdə “Bavariya” klubunun hücumçusu olub, Almaniya millisində oynayıb.

Müller futbol tarixinin ən çox qol vuran oyunçularından biri hesab olunur.(APA)