Braziliyanın kult serialı sayılan “Kölə İzaura” filmi 1977-ci ildə ekranlara çıxıb.
SSRİ-də tamaşaçılar bu serialı 10 il sonra -1987-ci ildə baxa bildilər. Serial və onun qəhrəmanları çox populyar idilər. Utancaq və sadə kölə İzaura, məkrli Leonisio və cazibədar Tobias çoxlarının qəlbinə yol tapa bilmişdi.
Serialda əsas rol olan kölə İzaura obrazını yaradan aktrisa Luseliya Santuş seriala çəkiləndə 18 yaşı olub. Filmin çəkilişi bitəndən sonra o Brazilya kinosunun əsl ulduzuna çevrilidi. Serial rejissorları bir-birinin dalınca Luseliyaya rol təklif etməyə başladılar.
2000-ci illərdə Luseliya özünü rejissor və prodüser kimi sınayıb. Şəxsi həyatda isə o qədər də uğurlu olmayıb. Luseliya iki dəfə ailə həyatı qurub və ayrılıb.
62 yaşlı Santuş hazırda buddizmlə maraqlanır və yoqa ilə məşğul olur.
Azpost.info