Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Məşhur milyarder sərmayəçiləri niyə qızıl almağa çağırdı?

User 08 Oktyabr 2025 - 11:12 (Last updated: 08 Oktyabr 2025 - 00:56)
Qızıl

Qızıl

ABŞ-ın ən böyük hedcinq fondu olan Bridgewater Associates-in təsisçisi milyarder Rey Dalio investorlara portfellərinin təxminən 15%-ni qızıla ayırmağı tövsiyə edib.

AzPost-un məlumatına görə, bu barədə CNBC xəbər verir.

Dalio bu tövsiyəni ABŞ hökumətində şatdaunda,qızılın qiymətinin bir unsiya üçün 4000 dolları ötdüyü zamanda edib.

Bridgewater Associates təsisçisinə görə qızıl əla portfel diversifikatorudur. “Əgər siz buna sırf strateji aktivlərin bölüşdürülməsi nöqteyi-nəzərindən baxsanız, ehtimal ki, portfelinizin təxminən 15%-i qızılda olmalıdır. Çünki bu, ənənəvi portfel komponentləri qiymətdə azalma zamanı çox yaxşı performans göstərən bir aktivdir”deyə milyarder vurğulayıb.

Dalio qızılın valyutanın ucuzlaşdığı və geosiyasi qeyri-müəyyənlik dövründə hedcinq rolunu oynadığını qeyd edib: “Qızıl, başqasına pul ödəmədən saxlaya biləcəyiniz yeganə aktivdir”.

O, indiki vəziyyəti inflyasiya, yüksək dövlət xərcləri və böyük borcun kağız aktivlərə və fiat valyutalarına inamı sarsıtdığı 1970-ci illərin əvvəlləri ilə müqayisə edib.

CNBC qeyd edir ki, Rey Dalionun tövsiyələri investorlara portfelinin 60%-ni səhmlərdə, qalan 40%-ni isə istiqrazlarda saxlamağı tövsiyə edən maliyyə məsləhətçilərinin tipik məsləhətindən fərqlənir. Bu strategiyanın tərəfdarları aşağı gəlir səbəbindən portfelə yalnız kiçik miqdarda qızıl və digər malların əlavə edilməsini tövsiyə edirlər.

2025-ci ilin əvvəlindən ənənəvi olaraq geosiyasi və iqtisadi risklərə qarşı etibarlı hedcinq hesab edilən qızıl qiymətləri təxminən 50%-ə yaxın artıb.

Bu ilin aprel ayında ABŞ prezidenti Donald Trampın idxala gömrük rüsumları tətbiq etməsi nəticəsində yaranan geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik səbəbindən qiymətlər bir unsiya üçün 3500 dolları ötüb. Sentyabr ayında qızılın qiyməti tarixdə ilk dəfə olaraq 3600 dollar/unsiya, ardınca 3700, 3800 və 3900 dollardan yuxarı qalxmaqla ralli sürətlənib.

Bridgewater Associates-in qurucusu Rey Dalio 19,3 milyard dollar sərvəti ilə Bloomberg Milyarderlər İndeksində 129-cu yerdədir. 2022-ci ilin sentyabrında Dalio Bridgewater Associates hedcinq fondunun rəhbəri vəzifəsindən istefa verib. 2025-ci ilin avqustunda milyarder fonddakı son payını da satıb və direktorlar şurasından istefa verib.

AzPost.az

Post navigation

Previous: Olimpiya Komitəsinin Departamenti rəhbəri Mehman Kərimov vəfat edib
Next: İnsanın pul azaldıqca onda depressiya əlamətləri artır

Oxşar xəbərlər

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 28 Oktyabr 2026 - 09:30
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 27 Oktyabr 2026 - 10:25
et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26

xƏBƏR

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
“Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul...
Read more about Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək
Məhəmmədhaqqının 70-ci yubiley Haqqı musa02
  • Sosial

Məhəmmədhaqqının 70-ci yubiley Haqqı

User 28 Oktyabr 2026 - 12:58
“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır? enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir iet korpu
  • Sosial

İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir

User 28 Oktyabr 2026 - 11:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.