Məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı –

FOTO - VİDEO
09 Noyabr 2021 - 11:42

8 noyabr – Zəfər Günü tarixində Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.

Tədbirdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan icma nümayəndələri iştirak ediblər.