
Məşhur teleaparıcı Larri Kinq koronavirus yoluxması ilə xəstəxanaya yerləşdirilib.
Azpost.info bildirir ki, bu barədə CNN teleşirkəti məlumat verib.
87 yaşlı aparıcı bir həftədir Los-Anjeles xəstəxanasında müalicə olunur. Kinq təcrid edilib. Övladları və həyat yoldaşı yanına buraxılmır.
Larri Kinqin apardığı tok-şou ABŞ-da və dünyada çox populyardır. CNN-də efirə çıxan bu şou 25 il davam edib. Veriliş Ginnesin rekordlar kitabına düşüb.
Karyerası ərzində Kinq 50 min şəxsdən müsahibə alıb. Bu sırada Putin, Mixail Qorbaçov, ABŞ-ın son 45 ildəki bütün prezidentləri, Tetçer, Martin Lüter Kinq, Mandela, Sinatra, Marlon Brando, Tayson, Pol Makkartni və digələri yer alır.