Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məşhur uşaq əmzikləri markalarında təhlükəli kimyəvi maddə tapılıb

User 01 Noyabr 2025 - 10:25 (Last updated: 01 Noyabr 2025 - 10:49)
emzik

Laboratoriya testləri üç əsas Avropa brendi – “Philips Avent”, “Curaprox” və “Sophie la Girafe”nin istehsalı olan uşaq əmziklərində reproduktiv funksiyasının pozulması, piylənmə və xərçənglə əlaqəli sintetik maddə olan bisfenol A (BPA) izlərini aşkar edib.

AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, “dTest” Çexiya istehlakçı təşkilatı Çexiya, Sloveniya və Macarıstandan olan 21 nümunəni araşdıraraq testlər aparıb. Uşağın əmzikdən istifadəsini simulyasiya etmək üçün hər bir məhsul bədən temperaturunda süni tüpürcək məhluluna salınıb və sonra kimyəvi maddələr emissiyalarını təhlil ediblər.

Nəticələr həyəcan verici olub. Hamısının “BPA-sız” etiketlənməsinə baxmayaraq, dörd modeldə BPA aşkar edilib.

Ən yüksək səviyyə (19 μg/kq) “Curaprox Baby Grow With Love”da aşkar edilib – Aİ limitindən (10 μg/kq) demək olar ki, iki dəfə çoxdur. “Sophie la Girafe” əmziyində qatılıq 3 mkq/kq təşkil edib. “Philips Avent Ultra Air”də isə 2 mkq/kq. Temu bazarından alınan daha bir nümunədə də BPA aşkarlandı.

Bisfenol A estrogen qadın hormonunu imitasiya edən bir maddədir. O, endokrin sisteminin işinə müdaxilə edir və döş və prostat xərçəngindən tutmuş diabet, piylənmə və cinsi inkişaf pozuntularına qədər geniş nəticələr spektrinə səbəb ola bilər.

“Hətta BPA mikrodozaları belə uşağın inkişaf edən orqanizminə təsir göstərə bilər. Bu, ən təhlükəli çirkləndirici kateqoriyalarından biri olan orqanizmin endokrin sisteminin fəaliyyətini poza bilən maddələrdir”, – deyə “Chem Trust” təşkilatın eksperti Xloya Topping vurğulayır.

İstehsalçılar fərqli reaksiya verdilər.

“Curaden” şirkəti (“Curaprox” brendi) problemi etiraf edib və müştərilərə geri ödəmə təklif edərək məhsulu müvəqqəti olaraq satışdan geri çağırıb.

“Philips” bildirib ki, DEKRA laboratoriyasında müstəqil yoxlama aparıb, BPA-nın olmadığını təsdiq edilib və məhsullarının tam təhlükəsiz olduğunda israr edir.

“Sophie la Girafe” istehsalçısı “Vulli” bildirib ki, əmziklər artıq məhsul xəttinin bir hissəsi deyil, aşkar edilmiş konsentrasiyalar isə təhlükə yaratmaq üçün çox aşağıdır.

Buna baxmayaraq ekspertlər xatırladırlar: hormonal balansı pozan maddələrin hətta minimal dozaları belə uzunmüddətli kontaktda kumulyativ təsirlərə səbəb ola bilər.

AzPost.az

Post navigation

Previous: Buzovnada dənizdə köməksiz qalan balıqçılar xilas edilib
Next: Şeyxülislam Vatikanda kardinallarla görüşüb

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.