Məşhur xokkeyçi dünyasını dəyişdi

27 İyul 2020 - 08:26

“Stenli” Kubokunun dördqat qalibi, məşhur xokkeyçi Eddi Şek vəfat edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, o, 83 yaşında dünyasını dəyişib.

Xokkeyçi “Toronto”da çıxış edib.

“Toronto” Eddi Şekin ölümündən dərin kədərlənib. O, azarkeşləri doqquz il boyunca öz oyunu və meydançadan kənar bir neçə onillik ərzində sevindirirdi”, – klubun rəsmi saytının bəyanatında deyilir. Klub xokkeyçinin ailəsinə başsağlığı verib.