Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məcburi köçkünlərin 95 faizi yurdlarına geri qayıtmaq niyyətindədir –

User 13 Mart 2024 - 11:08 (Last updated: 21 May 2025 - 20:15)
qacqinkom

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Diplomatiya Akademiyası İnkişaf və Diplomatiya İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu tərəfindən “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi həyata keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, layihənin Dövlət Komitəsində təşkil olunmuş təqdimatında onun məqsəd və məramı barədə ətraflı məlumat verilib. Layihənin koordinatoru Rəsmiyyə Abdullayeva diqqətə çatdırıb ki, sorğu zamanı məcburi köçkünlərin qayıdışla bağlı arzu və təklifləri öyrənilib, onların doğma yurda dönüş barədə qərarlarına təsir edən amillər müəyyənləşdirilib, ilkin proqnozlar hazırlanıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma, iqtisadi dirçəliş üçün bütün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Hazırda Dövlət Proqramının Tədbirlər Planı üzrə intensiv iş aparılır, qayıdış prosesi uğurla davam etdirilir.

Layihə çərçivəsində “fokus-qrup” sorğular tədqiqatın əsas metodu kimi seçilib. Sorğulara Şuşa, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Füzulidən olan 170 respondent cəlb olunub.

Sorğu zamanı keçmiş məcburi köçkünlərin 95 faizinin öz doğma yurd-yuvasına qayıtmaq niyyətində olduğu bir daha təsdiqlənib.

Dövlət Komitəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən təqdimatda tədqiqatın nəticələri geniş müzakirə edilib, rəy və təkliflər bildirilib. Tədqiqata dair yekun hesabatda bunların nəzərə alınacağı bildirilib.

Azpost.info

Post navigation

Previous: Prezident İlham Əliyev Roma Papasını təbrik edib
Next: Çempionlar Liqası –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.