Məhkəmə sabiq prezident Atambayevi azad etməkdən imtina edib

Bişkek şəhər məhkəməsi sabiq prezident Atambayevin həbsinin qeyri-qanuni olması barədə verilən şikayəti rədd edib.

Azpost.info bildirir ki, bu barədə TASS-a Atambayevin vəkili Sergey Slesarov deyib: “Məhkəmə həbsin qeyri-qanunui olması barədə şikayəti rədd etdi”.

Sabiq prezidentin vəkilləri hesab edirlər ki, Atambayevin toxunulmazlığının ləğvi qeyri-qanunidir. Buna görə də sabiq dövlət başçısının həbsi qanunsuzdur. Məhkəmə qərarı dəyişməyib. Atambayev 26 oktyabra qədər həbsdə qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölüm xəbəri yayılmış Cavan Zeynallı danışdı:

Sonrakı məqalə

Vüqar Səfərli: