Ölüm xəbəri yayılmış Cavan Zeynallı danışdı:“Ayıb olsun...”

Səhər saatlarından Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb.

Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. C. Zeynallı “Qafqazinfo”ya açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirib: “Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası kəsilmir. Bir dəfə də belə bir hal yaşanmışdı. Şəklimi qara çərçivəyə salıb sosial şəbəkədə paylaşmışdılar. Hamı zəng edirdi ki, Cavan müəllim, hər şey yaxşıdır?”. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu saziş imzalansa Rusiya ilə münasibətlərimiz pisləşəcək” –

Sonrakı məqalə

Məhkəmə sabiq prezident Atambayevi azad etməkdən imtina edib