Məktəblərdə qış tətili günləri açıqlandı

Ümumtəhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb.

Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 5 gün qış (27-31 yanvar) tətili müəyyən edilib.

Qeyd edirik ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Əvvəlki məqalə

“ABŞ “Vaqner”in fəaliyyətinə son qoymaq istəyir”

Sonrakı məqalə

“Döyüş əməliyyatları intensivləşəcək, hazırlaşırıq…”