“Məktəblərdəki Pedaqoji Şura iclasları formal xarakter daşıyır”- Məhəbbət Vəliyeva

Əslində, məktəblərin Pedaqoji Şuralarında məktəbləri narahat edən çox ciddi məsələlər müzakirə olunmalıdır. Amma bir çox hallarda Pedaqoji Şura iclaslarının keçirilməsi formal xarakter daşıyır.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, zərurət yarandıqda iclaslarda narahatedici məsələlər müzakirəyə çıxarılmalıdır:

“Heç kim şura iclaslarının ildə 5 dəfə keçirilməsinə ehtiyacın olduğunu demir. Ancaq qərar qəbul etmək, fikir bildirmək, fikir mübadiləsi aparmaq üçün bir sıra məsələlər Pedaqoji Şuraların müzakirəsinə çıxarılmalıdır. Yaxşı olardı ki, bu il keçirilən şura iclaslarına Təhsil Nazirliyinin nümayəndələri də dəvət edilsin. Şəxsən mən böyük məmnuniyyətlə bu iclaslarda iştirak edə bilərəm. Çünki belə iclaslarda ortaya qoyulan təcrübələr bütün ölkə üçün faydalı ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə xəbərdarlıq:

Sonrakı məqalə

Barselona aeroportunda reyslər ləğv edilir