Mərhum şair Şəhriyarın oğlu qəzaya düşdü –Ağır vəziyyətdədir (FOTO)

Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcət Təbrizi avtomobil qəzasına düşüb.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, şairin oğlu yolu keçərkən avtomobil onu vurub:

“Dünən axşam Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar Təbrizin 17 Şəhrivar küçəsini keçərkən avtomobil qəzasına düşüb. Əlimizdə olan məlumata görə Hadi Şəhriyar hazırda koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”.

 

Yol qəzası ötən gecə Təbrizdə qeydə alınıb. Xəstəxanaya yerləşdirilən Hadi Behcət Təbrizinin vəziyyəti ağırdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“SİNEMA”: SSRİ-də qadağan olunan “Yaramaz” –  

Sonrakı məqalə

Artıq çəki ürək çatışmazlığından müdafiə edir –