Məşhur H&M geyim mağazaları şəbəkəsi Rusiya bazarını tərk edir

Məşhur geyim brendi olan H&M Rusiya bazarını tərk edir.

Azpost.info xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

“Mövcud vəziyyəti nəzərə alaraq, Rusiyada işimizi davam etdirməyi qeyri-mümkün hesab edirik”, – baş direktor Helena Helmersson deyib.

İsveçin geyim mağazaları şəbəkəsi gedişini “cari əməliyyat problemləri və qeyri-müəyyən gələcək”lə əlaqələndirib.

H&M Rusiyada qalan mallarının satışı üçün müvəqqəti oflayn mağazalar açmağı planlaşdırır. Şirkətin Rusiya bazarından getməsinin vurduğu zərər təxminən 192 milyon dollardır.

Azpost.inifo

Əvvəlki məqalə

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi məlum oldu

Sonrakı məqalə

“Biz Rusiyanın təhdidlərinə hazır olmalıyıq!”