Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

“MətbuArt” beynəlxalq simpoziumunda Sənan Ələsgərovla görüş keçirilib

User 19 İyul 2025 - 09:50 (Last updated: 19 İyul 2025 - 09:50)
senan02

“Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu davam edir.

AzPost bildirir ki, “Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında keçirilən simpozium çərçivəsində iyulun 18-də “Sənət və obyektiv: Sənan Ələsgərov ilə görüş” mövzusunda tədbir keçirilib. Vizual yaddaşın formalaşmasında çap irsinin rolu və sənətkarın fərdi baxış bucağı görüşün əsas müzakirə mövzularından olub.

Fotoqraf Sənan Ələsgərovun əsərləri şəhər, tarix və insan arasında qurduğu səssiz, lakin təsirli dialoqu ilə seçilir. Görüşdə onun yanaşması, texnikası və “MətbuArt” üçün hazırladığı yeni layihə təqdim olunub.

Norveçli rəssam: Azərbaycana dair rast gəldiyim elementləri özünəməxsus şəkildə ifadə etməyə cəhd göstərdim

Simpoziumda iştirak edən norveçli rəssam Miri Abrahamsen deyib: “Bitirilməmiş rəsmlərdə mən Azərbaycanda rast gəldiyim elementləri özüməməxsus stildə ifadə etməyə cəhd elədim. Əsərlərimdən birində isə mən Azərbaycan milli mətbuatının 150-ci ildönümünü qeyd etmək üçün dəvət olunduğumuz bu mətbəənin tarixi ilə öz stilim arasında əlaqə qurmağa çalışdım. Bu, mənim üçün olduqca vacibdir”.

Azərbaycanlı rəssam: Əsərlərimdə təsvir etdiyim hadisələr sonradan həyatımda baş verir

Azərbaycanlı rəssam Ramina Səadətxan isə hər zaman öz işlərində özünü təsvir etdiyini, hər detala hisslərini köçürməyə çalışdığını deyib: “Bütün əsərlərimdə gizli məna və izləyicini düşündürən suallar mövcuddur. İzləyicini düşüncələrə qərq etməyi sevirəm.

Simpozium çərçivəsində köhnə dolab üzərində müxtəlif hadisələrin əksini sintez etmişəm. Təbii ki, əsərin estetik tərəfi də var. Lakin izləyicinin fikri daha çox maraqlıdır, əsərin mənasını çözməyə çalışarkən kim nəyi görmək istəsə, onu görəcək. Ərsəyə gətirdiyim iş neo-ekspressionizm stilindədir. Azərbaycanda həmin stildə, hələ ki, heç kim işləmir. Əsər yaradanda həmin gün nəsə düşünmürəm. Həmin ankı əhvalımı və yaşadıqlarımı fırçalarla çatdırmağa çalışıram. Ən maraqlısı, əsərlərimdə təsvir etdiyim hadisələr sonradan həyatımda baş verir”.

Qeyd edək ki, simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir. Belə ki, tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.

Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltaraş iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyəni təmsil edən sənət ustaları yer alır. Fərqli üslublarda çalışan, incəsənətə və ətraf aləmə özünəməxsus baxışı olan sənətkarlar “Azərbaycan” nəşriyyatının təklif etdiyi ümumi konsepsiyadan ilhamlanaraq mövzuya şəxsi yanaşmalarını və bədii təxəyyüllərini əks etdirən əsərlər yaradırlar.

AzPost.az

Post navigation

Previous: Milli Məclisdən Belçika parlamentinin qətnaməsinə kəskin etiraz
Next: Uşaqlarda piylənmə artır: Sağlamlıq riskləri ciddi narahatlıq doğurur

Oxşar xəbərlər

suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.