Azərbaycanda M6 nömrəli ekspres avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
Azpost.info xəbər verir ki, dəyişiklik vətəndaş müraciətləri və aparılan təhlillər nəzərə alınmaqla həyata keçirilir.
Bu barədə AYNA məlumat verir.
Avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar metronun “Nizami” stansiyasından keçəcək və burada aralıq dayanacaq edəcək.
Yeni sxemə əsasən, marşrut xətti uzadılacaq və “Koroğlu” metrostansiyası M6-nın son dayanacağı olacaq.
Beləliklə, M6 nömrəli ekspres marşrut aşağıdakı metro stansiyalarını birləşdirəcək:
- “Koroğlu”
- “Gənclik”
- “Nizami”
- “Elmlər Akademiyası”
Dəyişiklik xüsusilə “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” istiqamətində sərnişin tələbatının qarşılanmasına xidmət edəcək.
Yeni hərəkət sxemi 24 avqust 2026-cı ildən qüvvəyə minəcək.