Macarıstan və Polşanın siyasi liderləri Avropa İttifaqına qarşı birləşiblər

Sağçı populist partiyaların liderləri Avropa İttifaqında dəyişiklik etmək üçün birlikdə işləməyin yollarını müzakirə etmək məqsədilə şənbə günü Varşavada bir araya gəliblər. Onlar Avropa İttifaqını 27 üzv ölkənin ənənələr və güclərini yox edən super-dövlət kimi davranmaqda ittiham edir.

İclası Polşanın hakim millətçi partiyasının lideri Yaroslav Kazinski açıb. Görüşdə həmçinin Macarısranın Baş naziri Viktor Orban, Fransanın ultra-sağçı lideri Marin Le Pen və İspaniyanın Voks partiyasının lideri Santiaqo Abaskal iştirak edib.

Sammit kimi qiymətləndirilən tədbir Le Penin Orbanla birlikdə Avropadakı sağ qolu birləşirdmək səylərinin bir hissəsi olaraq oktyabr ayında Budapeştə səfərindən sonraya təsadüf edir. Kazinski deyib ki, şənbə günü keçirilən görüşün məqsədi ortaq məxrəcə gəlmək və Aİ səviyyəsində əməkdaşlığı artırmaq olub, lakin o bunun asan olmayacağını etiraf edib.

Görüş başladığı zaman, bir qrup etirazçı görüşün keçirildiyi otelin önündə toplaşaraq fit çalıb, və liderlərin Kremlin maraqlarına xidmət edən ekstremistlər olduğuna dair ittihamlar səsələndiriblər. Nümayişçilər əllərində üzərində “Rusiya paktı” yazılan plakatlar nümayiş edib və “Faşizmdən azad Varşava” şüarları səsləndiriblər.

Polşa və Macarıstan hökumətləri ittifaqın icraedici qolu olan Avropa Komissiyası ilə qarşıdurma yaşayırlar. Komissiya demokratik geriləmə səbəbilə hər iki ölkəyə maliyyəni dayandırıb. Varşava və Budapeşt iddia edir ki, Komissiya Aİ müqavilələrində qeyd olunmayan addım atır və bu Aİ qanunu pozur.

Visegrad insight jurnalının baş redaktoru Vocieç Przibilski deyib ki, “millətçi partiyaların transmilli görüşü”ndə paradoks var. O düşünür ki, tədbir partiya liderləri seçicilərinə “tək olmadıqlarını” göstərmək üçün təşkil olunub.

O qeyd edib ki, həm Macarıstan həm Polşanın hakim partiyaları “dərin narahatlıq” keçirir. Orbanın Fidesz partiyası Avropa Parlamentinə müzafizəkarlardan ibarət əsas qrupu tərk etməyə məcbur qalıblar, Polşanın hakim populistlərinin ölkə daxilindəki populyarlığı isə azalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Minsk Qrupunun həmsədrləri bəyanat yayıb

Sonrakı məqalə

Metronun “Nərimanov” stansiyasında sərnişin relsin üstünə düşüb