Metronun “Nərimanov” stansiyasında sərnişin relsin üstünə düşüb

“İçərişəhər-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

“Bakı metropoliteni” QSC-dən verilən məlumata görə, hadisə ilə bağlı, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Sərnişinə ilkin tibbi yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Macarıstan və Polşanın siyasi liderləri Avropa İttifaqına qarşı birləşiblər

Sonrakı məqalə

Sabahın hava proqnozu açıqlanıb