Madriddə güclü partlayış zamanı 3 nəfər ölüb 11 nəfər yaralanıb

21 Yanvar 2021 - 00:28

Madriddə güclü partlayış nəticəsində ölənlərin sayı 3, yaralananların sayı isə 11 nəfərə çatıb.

RİA Novosti xəbər verir ki, bu barədə Madrid Təcili yardım xidmətinin “Twitter” səhifəsində bildirilib.

Qeyd edilib ki, yaralılardan birinin vəziyyəti ağırdır: “Digər 10 nəfər yüngül xəsarət alıb. Onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb”.

Milli Polisin “Twitter” hesabında bildirilib ki, “TEDAX” partlayıcı maddənin zərərsizləşdirilməsi üzrə mütəxəssislər təhlükəsiz tədbirləri gördükdən sonra dağıntılar altında qalması ehtimal edilən insanların axtarışına başlanılacaq.

lkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olub.