Bu ilin yanvarında hərbi əməliyyatla ələ keçirilən və ABŞ-a aparılan Venesuelanın sabiq prezidenti Nikolas Maduro təkadamlıq kamerada saxlanılmır. O, Nyu-Yorkdakı Metropoliten Həbs Mərkəzində 18 nəfərlə birgə kamerada saxlanılır.
Azpost.info bildirir ki, bu barədə onun oğlu Nikolas Maduro Gerra Der Spiegel-ə verdiyi müsahibədə bildirib.
Oğlunun sözlərinə görə, atası əvvəlcə tək saxlanılıb. Lakin Pasxa bayramından əvvəl o, birgə kameraya köçürülüb. Maduro böyük həbsxanada ünsiyyət çatışmazlığı yaşamır. Kamera yoldaşlarının yarısı ispan dilində danışır. Həmçinin hər gün evə zəng etmək imkanına malikdir.
“Köçürüldüyündən bəri hər axşam saat yeddi radələrində zəng edir”-deyə Maduro Gerra vurğulayıb.
Asudə vaxtlarına gəldikdə isə, oğul atasının televizora baxdığını, ingilis dilini öyrəndiyini və Müqəddəs Kitabı, eləcə də Amazon vasitəsilə göndərilən kitabları – Venesuela Konstitusiyası, Simón Bolivarın əsərləri, metafizika, Şekspir və Esxil haqqında əsərləri oxuduğunu bildirib. Maduro həmçinin ədəbiyyatla da maraqlanır.
Ailənin əsas narahatlığı qidalanmadır. “Atam həmişə çox sağlam qidalanırdı: çoxlu tərəvəz, az şəkər. İndi əsasən karbohidrat, yüksək dərəcədə emal olunmuş qidalar və çoxlu duz yeyir”, – deyə Maduro Querraya şikayətlənib. Bundan əlavə, gənc oğlan həbs zamanı amerikalı əsgərlər Maduronun dizini əziblər. “Lakin ağrı indi azalıb”- deyə gənc bildirib.
2026-cı ilin yanvar ayının əvvəlində ABŞ Venesuelada hərbi əməliyyat keçirib. Cəmi iki saat 20 dəqiqə ərzində Maduro və həyat yoldaşı Siliya Flores Delta Force xüsusi təyinatlıları tərəfindən tutularaq ABŞ-a gətiriib. Onlar “narkoterrorizm”, qanunsuz silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.