Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində qəza baş verib.
“Azərsu”ASC-dən verilən məlumara görə, baş verən qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.
Rəsmi məlumata görə, “Azərsu” ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir: “Qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür”.