YAP-ın namizəd siyahısı hazırdır –Bu tarixdə açıqlanacaq

“YAP-ın deputatlığa namizədlər siyahısı sabah axşam, ya da dekabrın 25-i günorta radələrində açıqlana bilər”.

Azpost.info bildirir ki, bu barədə etikxeber.az-a YAP-dakı mötbər mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, namizədlər siyahısı son dəfə 20 nəfərdən ibarət İdarə Heyətinin müzakirəsindən  və təsdiqindən sonra YAP-ın rəsmi saytı vasitəsi ilə ictimaiyyətə və mediaya açıqlanacaq. YAP-dakı mənbələr hər iki tarixi istisna etmir:“Siyahı sabah axşamüstü də açıqlana bilər. Amma çox yəqin ki, 25-i açıqlanacaq. Çünki zaman getdikcə daralır…”-deyə, YAP-dakı mənbələrdən biri qeyd edib.

Onu da qeyd edək ki, YAP-ın namizədlər siyahısında Vasif Talıbovun, Siyavuş Novruzovun, İsa Həbibbəylinin, Səməd Seyidovun, Əli Hüseynlinin, Aydın Hüseynovun, Ziyafət Əsgərovun, Sevinc Fətəliyevanın və digərlərinin adları var.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Azərbaycan TV-lərinə verdiyi geniş MÜSAHİBƏ:

Sonrakı məqalə

Magistral su kəmərində qəza-