Magistral su kəmərində qəza-Bakının bir hissəsi susuz qaldı

Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində qəza baş verib.

“Azərsu”ASC-dən verilən məlumara görə, baş verən qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.

Rəsmi məlumata görə, “Azərsu” ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir: “Qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP-ın namizəd siyahısı hazırdır –

Sonrakı məqalə

İlham Əliyev Avropa İttifaqı ilə sazişi niyə imzalamadığını AÇIQLADI –