Magistraturada plan yerlərinin 85 faizindən çoxu dolub

19 Sentyabr 2020 - 11:53

Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların əmrləri  müvafiq ali təhsil müəssisələrinə göndərilib. 

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9 753 plan yerindən 8301 (o cümlədən 3078 DS əsasında) yer tutulub.

Plan yerləri 85.11% dolub.