Mahmud Abbas Trampın Fələstinlə bağlı planını “sui-qəsd” adlandırdı:

“Qüds satılmır...Biz diz çökməyəcəyik"
29 Yanvar 2020 - 00:31

Fələstin lideri Mahmud Abbas ABŞ-ın Yaxın Şərqdəki nizamlama planını sui-qəsd adlandırıb.

TASS-ın verdiyi xəbərə görə, o, bu barədə çərşənbə axşamı Ramallahda Fələstin televiziyasında canlı yayımda danışarkən deyib.

“Qüds satılmır və sizin sui-qəsdiniz baş tutmayacaq. Fələstin xalqının tarixi hüquqlarına laqeyd yanaşmağa imkan verməyəcəyik. Biz paytaxt Qüds ilə birlikdə Fələstin Dövlətinə sadiqik”, – deyə M.Abbas vurğulayıb.

O, əlavə edib ki, Fələstin problemini aradan qaldırmaq planı uğursuz olacaq: “Biz diz çökməyəcəyik və Fələstin problemini aradan qaldırmaq üçün sui-qəsdlər, sövdələşmələr və xain planlar uğursuzluğa düçar olacaq. Bu çətin anda fələstinliləri mitinq keçirməyə və bu planından imtina etməyə çağırıram”.