İsveçin əfsanəvi ABBA pop qrupu ABŞ prezidentliyinə namizəd Donald Trampdan onların mahnılarından və görüntülərindən istifadəni dayandırmağı tələb edib.
Azpost.info “Svenska Dagbladet” qəzetinə istinadən bildirir ki, çərşənbə axşamı Trampın Minnesota ştatının Sent Cloud şəhərində keçirilən seçki kampaniyası ilə bağlı tədbirində qrupun “Money, Money, Money”, “The Winner Takes It All” və “Dancing Queen” hitləri səsləndirilib.
Svenska Dagbladet qəzeti xəbər verir ki, Minnesota İsveçdən ən çox əhalisi olan ABŞ ştatıdır. Mitinq zamanı xokkey stadionunda olan böyük video ekranda ABBA üzvlərinin videoları, habelə ianə çağırışı ilə bağlı mesajlar nümayiş etdirilib.
İsveçin “Universal Music” səsyazma şirkəti bildirib ki, Tramp ABBA musiqi və ya videosundan istifadə etmək üçün onlardan icazə istəməyib. Tədbirdən çəkilmiş görüntülər “dərhal silinməlidir”.
Bu, Donald Trampın seçki kampaniyası ilə məşhur müğənnilər və qruplar arasında yaranan ilk qalmaqal deyil. Əvvəllər Beyons və Selin Dion oxşar səbəbdən qəzəblərini ifadə etmişdilər.