Fransa lideri Emmanuel Makron CAR prezidenti Siril Ramafosadan ona bu ilin avqustunda Yohannesburqda keçiriləcək BRİKS sammitində iştirak imkanı yaratmasını istəyib.
Azpost.info info xəbər verir ki, bu barədə “Opinion” nəşri yazıb.
Məlumata görə, bu müraciət CAR liderini çox təəccübləndirib. Cənubi Afrikanın Fransa tərəfinə rəsmi cavab vermədiyi bildirilir.
BRİKS sammiti avqustun 22-dən 24-dək keçiriləcək. Sammitə BRİKS-də təmsil olunan bütün ölkələrin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) rəhbərləri dəvət olunur.
Azpost.info
