Makron bu həftə İlham Əliyev və Paşinyanla danışıqlar aparacağını açıqlayıb

Fransa preidenti Makron Qarabağla bağlı yeni diplomatik təşəbbüslə çıxış edəcəyini bildirib.

Azpost.info bildirir ki, prezident bu barədə səfirlərin illik toplantısında çıxışı zamanı açıqlayıb.

Makron konfransda bu həftə Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını deyib.

“Bu həftə mən Baş nazir Nikol Paşinyan və prezident İlham Əliyevlə danışacağam” -deyən Makron tərəflərlə Laçın yolu ilə bağlı müzakirə apacağını vurğulayıb.

“Həmçinin beynəlxalq arenada yeni diplomatik təşəbbüslə çıxış edəcəyik”, – deyə prezident illik konfransda çıxışı zamanı bildirib.

Toplantı Yelisey sarayının Twitter-dəki rəsmi hesabında canlı yayımla aparılıb.

Azpost.info

Əvvəlki məqalə

İnformasiya təhlükəsizliyinə dair 2023 – 2027-ci illər üçün Strategiya –

Sonrakı məqalə

Laçın yolundan gün ərzində onlarla erməni sakinin keçməsi Fransa tərəfinə yaxşı məlumdur –