Fransa prezidenti Emmanuel Makron Çinə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin müşayiəti ilə səfər etməyi planlaşdırdığını açıqlayıb.
Azpost.info xəbər verir ki, Fransa lideri səfərin tarixini dəqiqləşdirməyib.
“Mən Ursula fon der Lyayeni Çinə səfərimdə məni müşayiət etməyə dəvət etdim”, – Makron bildirib.
Makron daha əvvəl demişdi ki, Qərb dünyası Rusiya ilə dialoq qurmaq üçün güc və cəsarət tapmalıdır, bunsuz Avropada sülh mümkün deyil. Eyni zamanda o vurğulayıb ki, indi bu dialoqun vaxtı deyil. Fransa prezidentinin sözlərinə görə, heç kim Rusiyanın coğrafiyasını dəyişə bilməz, o, həmişə Avropanın bir hissəsi olaraq qalacaq.
Azpost.info