Makron Çinə rəsmi səfərə gedəcək

Fransa prezidenti Emmanuel Makron aprelin əvvəlində Çinə rəsmi səfərə gedəcək.

Azpost.info xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Makron Çinin “sülh səyləri”nə daxil edilməsini yüksək qiymətləndirdiyini deyib. Fransa lideri bildirib ki, Rusiya qoşunları çıxarılmadan və Ukraynanın suverenliyi təmin edilmədən sülh mümkünsüzdür.

Makron hesab edir ki, nüvə və ya kimyəvi silahdan istifadə etməməsi üçün Rusiyaya beynəlxalq təzyiqin olması vacibdir.

Azpost.info

Əvvəlki məqalə

İlham Əliyevlə Ərdoğan arasında görüş başladı

Sonrakı məqalə

Sabah bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq